Türkiyənin məşhur müğənnisi Dağüstü parkda - Fotolar

turkiyenin-meshur-mugennisi-dagustu-parkda
Oxunma sayı: 4279

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ayla Çelik Azərbaycandadır.

Qafqazinfo”nun məlumatına görə, sənətçi Bakıda şəhər gəzintisinə yollanıb.

O, Dağüstü parka çıxıb, daha sonra isə İçərişəhəri gəzib. Müğənninin paytaxtda görünməsi vətəndaşların da marağına səbəb olub.

Qeyd edək ki, Ayla Bakıya 106.3 FM-in dəvəti ilə gəlib, ona “İlin mahnısı” müsabiqəsi çərçivəsində “Milli dalğa” mükafatı veriləcək.

Xatırladaq ki, Ayla Çelik ölkəmizdə daha çox ifa etdiyi “Bağdad” mahnısı ilə tanınır.

Elvin Elxan

Fotolar: Nuran