Türkiyədə sevilən ən məşhur mahnılarımız - Video

turkiyede-sevilen-en-meshur-mahnilarimiz
Oxunma sayı: 3675

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz bu günlərdə nümayişə olunan "Ali Baba və 7 Cücələr" filmində səslədirdiyi müğənni İradə İbrahimovanın "Neyləyək alınmadı" mahnısı qardaş ölkə mətbuatının da marağına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, “Hürriyət” qəzeti Türkiyədə sevilən Azərbaycan mahnıları haqda məqalə hazırlayıb.

Azərbaycan dili bizə hər zaman çox simpatik gələn bir dil olub. Xüsusilə, AzTV-ni açıb filmləri, xəbərləri, reklamları izləmək xoşumuza gəlib. “Ali baba və 7 cücələr” filmində Zəfər Algözün canlandırdığı Kənan Məmmədov xarakteri də bu simpatiyanın haqsız yerə olmadığını sübut edib. Hələ Kənan Məmmədovun düşməni Boris Mançov ilə üzləşdiyi səhnədə sərgilədikləri performans və ifa etdikləri İradə İbrahimovanın “Neyləyək” mahnısı filmin ən komik anlarından biridir. Bu mahnıdan sonra sosial şəbəkədə Azərbacan mahnılar müzakirə olunmağa başladı. Biz də bu məqamda Azərbaycanın ən sevilən sənətçilərini və mahnılarınını siyahısını hazırladıq:

1. "Ali Baba və 7 Cücələr" filmindən sonra İradə İbrahimova “Neyləyək”

2. “Azərbaycanın Ziynet Salisi” Günay İbrahimli “Dəlisiyəm gecənin”

3. Rauf Əhmədov “Münasibət -40 dərəcə”

4. Hər şeyiylə mükəmməl bir mahnı: Polad Bülbüloğlu və Şəbnəm Ferah dueti “Gəl, ey səhər”

5. Süleyman Lokbatanlı və Aydın Sani dueti “Məni axtar darıxanda”

6. Ceyla “Unuduram”... Xüsusilə, Ceylanın telefonda göz yaşları içərisində sevgilisinə məzəmmət etdiyi hissə dinləməyə dəyər.

7. Azərbaycanda slow musiqi deyəndə ağlagələn ilk adlardan və ölkəsini “Eurovision”da da təmsil edən Dilara Kazimova…

8. Rep qrupu “Dəyirman” “Cibdə varsa pul, life is wonderful”

9. 90-cı illərdən Türkiyədə tanınan “Yuxu” qrupu “Sən məni aldatdın” rok musiqisi

10.Röya və Xəyyam “Sənə ehtiyacım var”

Qeyd edək ki, siyahıda ən maraqlı ad Süleyman Lokbatanlı və Aydın Sani dueti “Məni axtar darıxanda” mahnısıdır.