Türkan Şoray Bakıda “Avrasiya Əfsanəsi” seçildi

turkan-soray-bakida-avrasiya-efsanesi-secildi
Oxunma sayı: 1552

Türkiyənin məşhur aktrisası Türkan Şoray Bakıdadır.

"Qafqazinfo" xəbər verir ki, aktrisa Xəzər Universitetinin dəvəti ilə Azərbaycana gəlib.

Aktrisa ilə birgə məşhur fransalı aktyor, rejissor və ssenarist Robert Hossein paytaxtın qonağıdır.

Bu gün onlara Avrasiya Akademiyasının fəxri üzvü diplomu və Avrasiya Akademiyasının “Avrasiya Əfsanəsi” mükafatı veriləcək.

Qeyd edək ki, Türkan Şoray Avrasiya Akademiyasına üzv seçilən və “Avrasiya Əfsanəsi”nə layiq görülən ilk qadındır.

Xatırladaq ki, aktrisanın Bakıda Yunis Əmrə İnstitutu ilə görüşünün ləğv edilməsi barədə xəbər yayılmışdı.