Türk idmançını sevgilisi öldürdü

turk-idmancini-sevgilisi-oldurdu
Oxunma sayı: 3607

Türk Milli Komandasının qadın hokeyçisi Dilara Elysee Özen 29 yaşlı sevgilisi Andrew Messner tərəfindən öldürülüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, idmançının meyiti anası tərəfindən evinin hamamında tapılıb.

2015-ci ilin əvvəlində Dilara Özenə fiziki zorakılıq tətbiq etdiyi üçün nəzarətə alınan və hadisədən sonra ifadə vermək üçün məhkəməyə getmədiyinə görə haqqında həbs qərarı verilən Andrew Messner ifadə verməsi üçün polis bölməsinə aparılıb.

Qonşular cütlüyün bazar ertəsi axşamı dalaşdıqlarını bildiriblər.

Qeyd edək ki, son olaraq İzmir Buz hokeyi komandasında forma geyən Dilara ötən il səyahət zamanı çətinliklər yaşadığını bildirərərk milli komandadan ayrılmışdı.

Könül