Tunar müəlliməyə elçi düşdü - Yazda toyudur

tunar-muellimeye-elci-dusdu
Oxunma sayı: 10319

Azəri qızı Günelin (Günel Zeynalova) qardaşı, müğənni Tunar Rəhmanoğlu ailə həyatı qurur.

Qafqazinfo”ya daxil olan məlumata görə, ailəsi sənətçi üçün bir neçə həftə bundan əvvəl elçi gedib.

Sənətçi bir ildir ki, sevgili olduğu şəxslə münasibətlərini rəsmilləşdirmək niyyətindədir. Toyun mart ayında baş tutacağı bildirilib.

Tunarın ailə quracağı xanım isə özəl məktəblərin birində ibtidai sinif müəlliməsidir.

Qeyd edək ki, T. Rəhmanoğlu bir neçə il bundan əvvəl aparıcı Şəhla Vakkasla nişanlı olub və ayrılıb.