Tolik Sevil və Sevincdən niyə ayrıldı?

tolik-sevil-ve-sevincden-niye-ayrildi
Oxunma sayı: 2928

Sevinc və Sevil Səfərovalar və Tarix Əliyev (Tolik) əməkdaşlığa son veriblər.

Qafqazinfo” xəbər verir ki, bu barədə prodüserin özü sosial şəbəkədə məlumat yayıb.

Tolik bildirib ki, onlar ortaq qərarla işbirliyinnə son qoyublar:

“Bu gün gəldi çatdı... Sevil və Sevinclə 1 ildən çox çalışdıq, bu gün ikitərəfli qərarla işbirliyimizə son qoyduq. Biz yenə danışacağıq, görüşəcəyik. Çalışdığımız müddətdə işlərimiz olub, məncə pis də alınmayıb.

Amma onlara da, mənə də seçim haqqı verilib. Çoxdan bu addımı atmaq istəyirdim. Bəzi şeylər qarşımı alırdı. Şükür ki, qızlarım da bunu anladılar”.