Təranə yenidən aparıcı oldu

terane-yeniden-aparici-oldu
Oxunma sayı: 3797

Prodüser Təranə Səmədova yenidən aparıcılıq etməyə başlayıb.

Qafqazinfo” xəbər verir ki, prodüser “Dünya” televiziyasında yayımlanan “Köklə sazı-3” aşıq müsabiqəsinin ilk buraxılışında efirə çıxıb:

“Təklif layihənin rəhbəri aşıq Namiq Fərhadoğlundan gəldi. Mənim də aparıcılığa qarşı simpatiyam olduğu üçün qəbul etdim. İlk efir günüm yağışlı havaya düşdü. Dünən yağan dəhşətli yağışla güclə proqrama çatdım. Hazırlaşmağa belə vaxtım olmadı. Ən sadə halımla tamaşaçı qarşısına çıxdım. Yağış bərəkətdir. İşimizin uğurlu olacağına inanıram”.

Xatırladaq ki, prodüser “Space” televiziyasında yayımlanan “Hələ bu harasıdır” proqramına aparıcılıq edib.