Tatlısəs gəmisinə qızı ilə sevgilisinin adını qoydu - Foto

tatlises-gemisine-qizi-ile-sevgilisinin-adini-qoydu
Oxunma sayı: 4465

Türkiyəli müğənni İbrahim Tatlısəs gəmisinə keçmiş həyat yoldaşı Ayşəgül Yıldızdan olan qızı Elif Adanın və sevgilisi, prodüser Damla Buket Çakıcının adlarından ibarət “Ada Damla” adlı loqo hazırlatdırıb.

Qafqazinfo”nun “Posta”ya istinadən verdiyi məlumata görə, müğənni “İnstagram” hesabında foto paylaşaraq “Yeni gəmimizin adı... İnşallah istifadə etmək qismət olar” deyə yazıb.

Şəklə qısa zaman ərzində təxminən 2800 “like”, 80-ə yaxın şərh gəlib.