Tatlıses bina tikdirir - 7 evi övladlarına verəcək

tatlises-bina-tikdirir
Oxunma sayı: 2483

Müğənni İbrahim Tatlıses inşaatı davam edən binasının fotosunu paylaşıb.

Qafqazinfo” xəbər verir ki, sənətçi binadakı 7 evin 7 övladı arasında bölüşdürüləcəyini qeyd edib.

“3.5 ay əvvəl təməlini qoymuşduq, indi bu hala gəlib. 2 ay sonra binanı təhvil götürəcəyik. Qeyd edim ki, binada 60 ev var, onun 7-sini övladlarım arasında bölmüşəm. 7 ev Əhməd, Gülşən, Gülden, Melek, Dilan, İdo və Elifin olacaq. Geridə qalanlar isə satılacaq”,-deyə Tatlıses bildirib.