Tarkandan ilk açıqlama - “Arvadım hamilə deyil”

tarkandan-ilk-aciqlama
Oxunma sayı: 1783

Türkiyəli müğənni Tarkanla Pınar Dilekin toyu Almaniyanın Köln şəhərində baş tutacaq.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə müğənninin mətbuat xidməti məlumat yayıb.

Tarkan sürpriz nikah bağlamasına aydınlıq gətirib:

“Ölkə gündəmi kədərlidir. Bu gündəmdə səssizcə nikah bağladıq. Toy 6 may tarixində keçiriləcək, Kölndə baş tutacaq. Həyat yoldaşım Pınar Dilek isə hamilə deyil”.

Qeyd edək ki, Tarkan aprelin 29-da Pınar Dilək adlı xanımla nikah masasına oturub. Sənətçinin Tarabyadakı lüks villasında baş tutan mərasimdə cütlüyün ailə üzvləri və yaxınları iştirak edib.

Xatırladaq ki, Türkiyə mətbuatı Tarkanın sevgilisi Pınar Dilekin hamilə olduğu üçün nikahın tez baş tutduğunu iddia etmişdi.