Tanınmış cütlük niyə ayrıldı?

taninmis-cutluk-niye-ayrildi
Oxunma sayı: 1883

Məşhur DJ Kalvin Harris və pop müğənnisi Teylor Sviftin ayrılması dünya mediasının gündəmini zəbt edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “US Weekly” qəzeti cütlüyün münasibətlərinin pozulmasının əsas səbəblərini ortaya çıxarıb.

Harris və Sviftin dostu qəzetə açıqlamasında bildirib ki, müğənni DJ-dən uşaq dünyaya gətirmək istəyib:

“Harris Teylorla gələcəyini paylaşmaq istəmirdi. Müğənni həmişə uşaq dünyaya gətirmək istədiyini söyləyirdi, Kalvin isə hər dəfə buna etiraz edirdi. 15 ay sevgili oldular, DJ buna dözmədi, ayrılmaq barədə qəti qərara gəldi. Həmçinin, Harris sevgilisi ilə eyni evdə yaşamaq istəmirdi. O, Los-Angelesdəki evinə gedir, orada vaxtını keçirdi. Svift isə buna qarşı çıxırdı, sevgilisi ilə mübahisə etməyə başlayırdı”.