“Space”in aparıcısı işdən ayrıldı

spacein-aparicisi-isden-ayrildi
Oxunma sayı: 3713

“Space” telekanalında “Hər gün” xəbərlər proqramına aparıcılıq edən Günay Rəhimova işdən ayrılıb.

Qafqazinfo” xəbər verir ki, Axşam.az-a açıqlama verən aparıcı işdən öz istəyi ilə uzaqlaşdığını bildirib:

“Xüsusi bir problemim olmadı. İşdən öz istəyimlə ərizəmi yazıb getdim. Hər kəslə mehribancasına sağollaşdım. Daha gözəl işlər üçün "Space"dən ayrıldım. Planda başqa telekanalla işbirliyi var".

Qeyd edək ki, G.Rəhimova “Xəzər” telekanalında “Bizim gün”, “Lider”də “Tezdən oyan” verilişinə aparıcılıq edib.