Şou-biznesin ən yaxşıları onlar oldu - Fotolar

sou-biznesin-en-yaxsilari-onlar-oldu
Oxunma sayı: 2252

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda “Azerbaijan Best Awards” mükafatlandırma mərasimi baş tutub.

Qafqazinfo” xəbər verir ki, gecədə ölkənin “ən yaxşı”larına mükafatları təqdim olunub.

Mərasimin aparıcısı Kamran Quliyev olub.

Gecədə “ən yaxşı aktrisa” Məleykə Əsədova, “ən yaxşı gənc müğənni” Günay İbrahimli, “ən yaxşı müğənni”

Tünzalə Ağayeva, “Ən yaxşı kişi müğənni” Zamiq Hüseynov, “ən yaxşı videobloqqer” Hüseyn Əzizoğlu, “ən yaxşı məşqçi” Kamil Zeynallı, “ən yaxşı muğam ifaçısı” Alim Qasımov, “ən yaxşı stilist” Nəsir Babayev, “ən yaxşı rəqqasə” Fatimə Fətəliyeva və başqaları seçilib.

Tədbirdə “Qafqazinfo”nun əməkdaşı Elvin Elxan da “Ən yaxşı jurnalist” nominasiyasının sahibi olub.

Mükafat gecəsində xalq artisti Fidan Qasımova, Faiq Ağayev, Parisa Arsalani, Aysel Əlizadə, Nigar Camal, Miri Yusif, Sevil və Sevinc Səfərovalar, Aysel Əlizadə, Sevda Yəhyayeva, Oksana Rəsulova iştirak etməyib.

Fotolar: Nuran Məmmədov