“Şok yaşadım, biri 9 manatdır...” - Oksana

sok-yasadim-biri-9-manatdir
Oxunma sayı: 12489

Aktrisa-rəqqasə Oksana Rəsulova bazarda alçanın qiymətinin baha olmasından şikayətlənib.

Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki şəxsi hesabında yazıb:

“Bu gün təəccübləndim, balaca bir şok yaşadım. Bir dostumun həyat yoldaşı hamilədir, bu gün ürəyindən alça keçib. Xoşbəxt cütlük meyvə bazarına yollanıblar. Amma xoş əhval-ruhiyyədə qayıtmayıblar. Deməli, alçanın bir dənəsi 9 manat olub. Təəccübdən alçanın qiymətini bir neçə dəfə soruşublar. Satıcı üçüncü dəfə də bir dənə alça “qızıl” qiymətinə sözünü təkrar etdikdən sonra hamilə qadının alçaya qarşı nifrəti yaranıb.

Axı alça nə vaxtdan öz ölkəmizdə ekzotika olub? Bu, mənə lap 90-cı illərdə banan və kivinin satışını xatırlatdı. Bu qədər də yox da! Öz aramızdır, alçaya lap hörmətim qalxdı, öz mövsümü gələndə mən artıq alçanı hər zaman yediyim kimi deyil, onu bəsləyib, sığallayıb, üzünə gülə-gülə yeyəcəm”.