Sinan Özənlə əməkdar artisti nə bağlayır?

sinan-ozenle-emekdar-artisti-ne-baglayir
Oxunma sayı: 1695

Türkiyənin tanınmış müğənnisi Sinan Özən əməkdar artist Ədalət Şükürov və "Qala" qrupunun rəhbəri, bəstəkar-müğənni Ceyhun Əliyevin yeni bəstəsini oxuyacaq.

Bu barədə “Qafqazinfo”ya Ceyhun Əliyev məlumat verib.

O bildirib ki, tərəflərin görüşü nəzərdə tutulub.

“Sinan bəy həm Ədalət bəyin repertuarından bir mahnı səsləndirəcək, eyni zamanda onun üçün bəstələnəcək mahnını ifa edəcək. Daha bir bəstəni isə məndən istəyiblər. Mahnı yazılır. Bu gün bir çox mahnıların ömrü qısa olur. Yaxşı mahnı yazılmalıdır ki, sevilən olsun. Bizim hədəfimiz budur ki, dinləyiciyə ancaq yaxşı mahnı təqdim edək”.

Ceyhun Əliyev Sinan Özənlə əməkdaşlıq zamanı türkiyəli sənətçinin Bakıya səfərinin olacağını bildirib.