Sevgilisinə stəkan atdı...

sevgilisine-stekan-atdi
Oxunma sayı: 4134

Tanınmış aktyorlar və yeni sevgililər Mert Fırat və Hande Doğandemirin qısqanclıq davası birinin o birinə stəkan atması ilə bitib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, qalmaqal Cihangirdəki məkanların birində baş verib. Belə ki, hələ 1 aydır, sevgili olan cütlüyün dostları ilə əyləşdiyi məkanda Mert Fıratı heyranları əhatəyə alıb.

Mertin onlarla hədsiz maraqlanması Handenin qısqanclığına səbəb olub. İddialara görə, əsəbi və bir az içkili olan aktrisa sevgilisinə stəkan atıb. Mediada yer alan xəbərlərə görə, daha sonra sevgililər məkandan ayrı-ayrı çıxıb.

Aysel Kərimova