Sevgilisi onu rəfiqəsiylə aldatdı - Huşunu itirdi

sevgilisi-onu-refiqesiyle-aldatdi
Oxunma sayı: 5441

30 yaşlı məşhur aktrisa Lindsay Lohan İngiltərədəki mənzilinin eyvanında halı pisləşib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa eks-sevgilisi Egor Tarabasovun onu öldürmək istədiyini iddia edib, eyvanda qışqırmağa başlayıb. Gecə saatlarında qonşulardan kömək istəyən Lohan sevgilisinin manyak olduğunu bildirib. Daha sonra Lindsay eyvanda huşunu itirib.

The Sun qəzeti yazır ki, hadisənin baş verdiyi mənzilə polis əməkdaşları qapını qıraraq daxil olub. Lakin, evdə heç kəs olmayıb.

Lindsay Lohan hadisədən bir gün əvvəl isə 23 yaşlı sevgilisinin onu rusiyalı qadınla aldatdığını söyləyib. O, rəfiqəsi Dasha Pashevkina ilə sevgilisinin münasibətdə olduğunu iddia edib.