Serenay və Zerrin Bakını gəzdi - Yenilənib + Fotolar

serenay-ve-zerrin-bakini-gezdi
Oxunma sayı: 11853

Türkiyənin iki məşhur aktrisası: Zerrin Tekindor və Serenay Sarıkaya Azərbaycana gəlib.

Qafqazinfo”nun məlumatına görə, “İkimizin yerine” filminin qəhrəmanları bir neçə saatdır ki, Bakıdadırlar.

Onlar hava limanından qalacaqları Hilton hotelə yollanıblar.

Hər iki məşhur axşam Nizami Kino Mərkəzində baş tutacaq qala gecəsinə hazırlaşırlar.

Artıq Nizami Kino Mərkəzində filmin təqdimat mərasiminə hazırlıqlar başlayıb. Mərkəzdə təqdim olunacaq ekran işinin posterləri yerləşdirilib.

Qeyd edək ki,  “İkimizin yerine”nin digər baş qəhrəmanı Nejat İşler isə işlərinin çoxluğu səbəbindən Bakıya gələ bilməyib. 

***

Türkiyəli məşhurlar Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.

***

"Qafqazinfo" tanınmış ulduzların Bakı gəzintisindən çəkilən fotoları təqdim edir: