Səmra ikinci məşqinə çıxır

semra-ikinci-mesqine-cixir
Oxunma sayı: 1457

“Eurovision” məşqlərinin ilk dörd günü uğurla tamamlanıb.

Qafqazinfo” xəbər verir ki, bu gün isə təmsilçimiz Səmra Rəhimli “Globen Arena” səhnəsində sayca ikinci məşqini edəcək.

Müğənni 20 yarışma iştirakçısı arasında 14-cü sırada səhnəyə çıxacaq, mahnısını canlı ifa edəcək.

Xatırladaq ki, S.Rəhmili ilk məşqində səhhətində problem yaranmış, mahnısını xaric oxumuşdu.
Media ekspertləri müğənninin canlı ifasını 5 bal dəyərində qiymətləndirmişdilər.

Qeyd edək ki, S.Rəhimli müsabiqədə ölkəmizi “Miracle” mahnısı ilə təmsil edəcək. “Eurovision 2016”nin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfınalı 12-də, final isə 14-də baş tutacaq.