“Safurayla işbirliyimiz alınmaz...” - Fotolar

safurayla-isbirliyimiz-alinmaz-
Oxunma sayı: 9952

“Safurayla işbirliyimiz alınmaz. Zövqlər fərqlidir. Amma belə baxanda zövqlərdə eynidir. Lakin, o müğənni olub, mən isə dizayner. Sahələr fərqlidir”.

Bu sözləri “Qafqazinfo”ya Safura Əlizadənin bacısı Fidan Əlizadə deyib.

Gənc dizayner ən ucuz geyiminin qiymətini də açıqlayıb:

“Bizim şou üzvlərini izləyirəm. Bəyəndiklərim də var. Ancaq əməkdaşlıq etmək fikrində deyiləm. Bir söz deyim ki, geyimlər ucuz  ola bilər. O qədər bahalı geyimlər görmüşəm ki, bir qəpik verib almaram.

Bolqarıstanda bir paltar almışdım, 20 manat dəyəri var idi. Çox gözəl idi. Onun ən ucuz geyimim olduğunu deyə bilərəm. Bahalı geyimim isə Ceylonun paltarındandır. Onun qiyməti isə hamıya bəllidir”.

Fotolar: Nuran Məmmədov