Şafak Sezer infarkt keçirdi

safak-sezer-infarkt-kecirdi
Oxunma sayı: 3245

Türkiyəli aktyor, komediyaçı Şafak Sezer infarkt keçirib.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aprelin 20-də sinir krizi keçirib xəstəxanaya yerləşdirilən və müalicə olunan aktyor bu dəfə də infarkt olub.

Onun infarkt keçirməsinə səbəb isə uzun illərdir görüşmədiyi bacısı ilə bağlı olub. Sezer bacısı ilə görüşərkən həddindən çox həyəcanlanıb, başı gicəllənib. Təzyiqinin düşdüyünü zənn edən aktyor iki dilim çiyələkli tort yeyib, ondan sonra komaya girib. Acıbadem xəstəxanasına aparılan Şafakın qan şəkərinin normaldan çox olduu müəyyən olunub və ona stent (Ürəkdən çıxan, yəni bədənə qan aparan arteriya damarlarının tutulması varsa, əgər bu tutulma qısa məsafəlidirsə və həyatı orqanlarda təhlükəli proseslər törədə bilərsə, bu zaman stent metoduna baş vurulur. Stent, purjin şəklində olan burulmuş bir cisimdir. Stend açılanda təmamilə genişlənir və tutulmuş damarı da genişləndirir. Bunun nəticəsində qan axımını bərpa etmiş olur) taxılıb.

Aktyorun vəziyyətinin hazırda normal olduğu, müalicəsinin davam etdirildiyi bildirilir.