“Sadəlik mənim qanımdadır” - Oksana

sadelik-menim-qanimdadir
Oxunma sayı: 2088

Rəqqasə Oksana Rəsulova pərəstişkarlarının ona etdiyi iraddan danışıb.

QafqazinfoAxsam.az-a istinadən bildirir ki, sənətçi "Yeri gəlmişkən" verilişində sadə, təvazökar olduğunu deyib: "Pərəstişkarlarım deyir ki, "Siz nə vaxt ulduz olacaqsınız? "Yox" deməyi bacarın". Düşünürəm ki, insan sadə olmalıdır. Mənim menecerim, prodüserim yoxdur. Kim zəng vurursa, özüm cavab verirəm. Ulduzlar göydə olur, bizə yaraşmaz. Hamıyla səmimi oluram. Sadəlik mənim qanımdadır. Mənə elə gəlir ki, bu cür insanlar daha çox uğur qazanır. Tamaşaçı da belə sənətçini sevir".