Rusiyalı müğənni məhkəməyə verildi - Azərbaycana gəldiyi üçün

rusiyali-mugenni-mehkemeye-verildi
Oxunma sayı: 5319

Rusiyanın məşhur müğənnisi Byanka məhkəməyə verilib.

Qafqazinfo” xəbər verir ki, “Warner Music Russia” şirkəti sənətçidən 8 milyon rubl təzminat tələb edir.

Belə ki, Byanka şirkətdən icazəsiz Azərbaycan, Qazaxıstan və Almaniyada konsert verib.

Onun 50-ə kimi qanunsuz səhnəyə çıxdığı bildirilib.

Səsyazma şirkətinin nümayəndəsi qeyd edib ki, şirkət sənətçi ilə 2012-ci ldə müqavilə imzalayıb:

“Razılaşdırılmamış konsertlərin sayı 50-ə çatır. Müqavilə şərtlərinə uyğun olaraq konsert verən zaman bizdən icazə almalıdır. Əks halda həmin məkanlardan əldə etdiyi gəlirin yarı faizi bizə ödənilməli idi. O isə qaydaları pozdu”.