Rus milyarderin qızı Monakoda ərə getdi - Fotolar

rus-milyarderin-qizi-monakoda-ere-getdi
Oxunma sayı: 6235

Rusiyalı milyarder, “Alyans qruplar şirkəti”nin prezidenti Musa Bajayevin kiçik qızı Yelina 25 yaşlı biznesmen Bekhan Mamakayevə ərə gedib.

Qafqazinfo”nun “Tatler.ru”ya istinadən verdiyi məlumata görə, Monakonun Monte-Karlo şəhərində “Le Louis XV” restoranında baş tutan toy mərasiminə 110 qonaq dəvət olunub.

Gəlin “Zuhair Murad” imzalı gəlinlik geyinib. İyirmi milyon rubl dəyərindəki libas təxminən 4 aya hazırlanıb.

Qeyd edək ki, milyarderin böyük qızı Mariyam da bu il biznesmen Maqomed Yerihanova ərə gedib.