Ruhi Əliyeva “Dəb ikonası” seçildi - Fotolar

ruhi-eliyeva-deb-ikonasi-secildi
Oxunma sayı: 3311


“Dəb ikokanası” adı ona dünən “A Qlamur” modalar evinin açılışında verildi. “Qafqazinfo”nun məlumatına görə, moda evinin direktoru Afaq İsmayılzadənin ən sevimli qonağı olan Ruhiyə bu adı elə tədbir iştrakçıları təqdim etdi. Hər zaman dəbli və gözəl görünən Ruhinin yeni tutulu hər kəsin ürəyincə oldu.

Ruhi özü də bu adı məmmunluq hissi ilə qəbul etdi: “Təşəkkür edirəm hər kəsə”. Afaq xanımın şəxsi kolleksiyası nümayiş olunan gecədə digər məşhur simalar da var idi. Onların sırasında Zamiq Hüseynov və Elnur Məmmədovu görmək olardı. Şou-biznesin ən tələb olunan stilist-vizajistləri Elnur Həsənov və Nigar İbrahimova da vurğulamaq yerinə düşər.

Onu da qeyd edək ki, tədbirdə iştirak etməyə söz verən xalq artisti Brilliant Dadaşova paytaxt tıxaclarına görə mərasimə qatıla bilmədi.

Gecədə baş verən ən maraqlı məqamları təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz.