Röya xalq artisti ilə niyə küsülüdü?

roya-xalq-artisti-ile-niye-kusuludu
Oxunma sayı: 4520

Xalq artisti Samir Cəfərov müğənni Röya Ayxanla küsülü olduğunu bildirib.

"Qafqazinfo"nun lent.az-a istinadən məlumatına görə, xalq artisti bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi tədbir zamanı bildirib ki, Röya ilə danışmır:

“Bu yaxınlarda əməkdar artist Sevda Ələkbərzadə ilə “Bakı – 2015” ilk Avropa Oyunlarına həsr olunmuş mahnı oxudum. Həmin duetdən sonra Röya məni danışdırmır. Küsüb. Küsməyini də bu cür əsaslandırdı ki, niyə Sevda ilə oxumusan? Mənimlə oxumağa söz vermişdin”.

Qeyd edək ki, S.Cəfərov S.Ələkbərzadə ilə sözləri Cəlal Qurbanova, musiqisi Muxtar Abseynova məxsus "İlk Avropa Oyunları qədim Bakı torpağında” adlı mahnını oxuyub.