“Recep İvedik 5”ə daha bir etiraz - Güləş Federasiyasından

recep-ivedik-5e-daha-bir-etiraz
Oxunma sayı: 3221

Türkiyə Güləş Federasiyası da “Recep İvedik 5” filmindəki bəzi səhnələrə etirazını bildirib.

Qafqazinfo” xəbər verir ki, Federasiya ekran işində yayımlanan güləş səhnələrinin çıxarılmasını tələb edib:

“Ötən günlərdə yayımlanan “Receb İvedik 5 “ filminin tanıtım videosunda Rəcəb obrazını oxyanayan şəxsin güləş matçında rəqibinə etdiyi hərəkətlər güləşlə heç bir əlaqəsi yoxdur. TGF olaraq güləşimizi əxlaqdan uzaq bir idman kimi göstərilib, peyğəmbər və ata idman növünün şərəf və möhtərəmliyi pozulub.

Kimsənin belə bir hüquqa sahib olmadığını xatırladaraq həmin səhnələrin çıxarılmasını tələb edirik. Və yaxud, həmin səhnələr həqiqi güləş matçı kimi yenidən çəkilsin. Biz belə olunmasa, hüquqi orqanlara müraciət edəcəyik. Güləş Federasiyası filmi ərsəyə gətriən şirkəti və prodüserləri qınayır”.