“Receb İvedik 5” rekord qırdı - 4 günə 1 milyon 900 min insan izlədi

receb-ivedik-5-rekord-qirdi
Oxunma sayı: 2861

Komediyaçı və rejissor Şahan Gökbaharın lentə aldığı “Receb İvedik 5” filmi izlənmə rekordu qırıb.

Qafqazinfo”nun məlumatına görə, fevralın 16-dan etibarən kinoteatrlarda nümayiş olunan filmi 4 gün ərzində 1 milyon 890 min 410 nəfər izləyib. Bununla film “Türk sinema tarixinin ən yaxşı göstəricisi” kim yadda qalıb. Bu barədə Ş. Gökbahar İnstaqram hesabında yazaraq hər kəsə təşəkkür edib.

Xatırladaq ki, “Receb İvedik 4” filmi də bir həftə ərzində 1 milyon 641 min 474 nəfər tərəfindən izlənilərək rekord qırmışdı.