Ramal da saçını rənglədi - Fotolar

ramal-da-sacini-rengledi
Oxunma sayı: 3422

Müğənni Ramal İsrafilov xarici görünüşündə dəyişiklik edib.

Qafqazinfo” xəbər verir ki, ifaçı saçlarını sarı rəngə boyayıb, yeni fotolarını sosial şəbəkədə paylaşıb.

“Yeni imicim necədir?”,- sualını instaqram istifadəçilərinə ünvanlayan müğənni xoş şərhlərlə qarşılaşmayıb, tənqid olunub.

İstifadəçilər iddia ediblər ki, müğənni özünü “O ses Türkiye” qalibi Elnur Hüseynova bənzədir.

“Şokdayam, bu nədi?”, “Qəti yaraşmır”, “Kişilər də boya qoyarmış, daha mən saçımı boyatmayacam” tipli şərhlərə məruz qalan ifaçı onlara heç bir reaksiya verməyib.

Xatırladaq ki, müğənni Elnur Hüseynov bir müddət əvvəl tədbirlərin birində görüntülənmiş, sarı rəngə boyadığı saçları ilə gündəmə gəlmişdi.