“Qızım deyir ki, ərə get…” - Fotolar

qizim-deyir-ki-ere-get
Oxunma sayı: 13712

“Həyatda rollarımdan çox fərqliyəm. Katibə obrazını elə bil mənə çox yaraşdırırlar. Bəlkə də, vücuduma uyğundur. Dəqiq bilmirəm. Məni tanıyan bilir ki, cəmi bir dəfə ailə həyatı qurmuşam, ondan sonra da ərə getməmişəm”

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında əməkdar artist Nahidə Orucova bildirib.

Aktrisa söyləyib ki, bu günə kimi kişilərin əhatəsində olmayıb:

“Yanımda bir kişi belə olmayıb, yalnız və tək olmuşam. Bacım, bacımın övladları və qızımla əylənirəm, görüşürəm. Məni kişilərin əhatəsində heç kəs görə bilməz. Ola bilsin ki, dostlarımla görünərəm. Nə yaxşı ki, ünsiyyətcil xanımam. Özümə qapansam, yaşaya bilmərəm. Qeyd edim ki, dostluq etdiyim kişilərin arvadı da mənlə dostluq edir. Bu mütləq bir şeydir. Özüm görüşən zaman deyirəm ki, xanımını da gətir, tanış olaq. Ona görə də aktyorların xanımları məni qısqanmırlar”.

Əməkdar artist qızının ona qadağalar qoyduğunu qeyd edib:

“Qızımın 27 yaşı var, ailəli deyil. Mənə çox müdaxilə edir. Deyir ki, niyə verilişdə belə söz işlətdin, çox gülürsən? Rol və obrazlarıma da qarışır. Qızım deyir ki, ana, sənə yaraşan və xasiyyətinə uyğun biri varsa, ərə get. Söyləyir ki, niyə tək qalmısan? Elə bir şəxs yoxdur”.

N. Orucova açıqlama zamanı qolundakı döymənin mənasından danışıb:

“Keçmişin yadigarıdır. 10 il qabaq etdirmişəm. Qolumda böyük şram var idi, gizlətmək üçün döymə etdirdim. Uşaqlıqda peyvənd vurmuşdular, qolumda böyük izi qalmışdı. İki şram var idi, biri balaca, digəri isə böyükdür. Hamının diqqətini cəlb edirdi, bağlamaq üçün Çin heroqlifləri ilə adımı yazdırdım”.

Musiqili Komediya Teatrının aktrisası efirdə eyni simaların görünməsindən şikayətlənib:

“Bizdə elə bil yeni bir ənənə yaranıb. Bir adamdan həmişə yapışırlar, hər yana da onu çağırırlar. Filmlərə, verilişlərə həmin aktyor-aktrisanı dəvət ediblər. Sonra deyəndə ki, filankəsi çağırın. Cavab verirlər ki, biz onu tanımırıq. Siz tanımalısız. Mən keçmiş sənətkarlardan bəhs edirəm. Onlar vaxtı ilə öz sözlərini deyiblər. Elə aktyorlar var ki, onları TV tamaşalarında, eləsi də var ki, teatr və kino səhnəsində görmüşdük. Akytor peşəkar olmalıdır”.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov