“Qız paltarında açılışa gəlib...” - Məşhurların söyüş davası

qiz-paltarinda-acilisa-gelib
Oxunma sayı: 9615

Müğənni Gülay Zeynallının həyat yoldaşı, idmançı Kamil Zeynallı ilə stilist Samir Əliyev (Samiraldo) arasında dava düşüb.

Qafqazinfo”ya daxil olan məlumata görə, restoranın açılışında hər iki məşhur sima böyük mübahisə edib.

Açılışda K. Zeynallının stilisti təhqir etdiyi, ağır söyüşlərdən istifadə etdiyi iddia olunub:

“Bu tədbirdə yalnız kişilər otura bilər, Samiraldo kimilərin burada yeri yoxdur”.

Qafqazinfo” məsələ ilə bağlı idmançı ilə əlaqə saxlayıb.

Kamil Zeynallı yayılan xəbərləri təsdiq edərək stilistlə mübahisə etdiyini bildirib:

“Yayılan xəbərlər düzdür, ona yox, köməkçilərinə meyvələr atmışam. Açılışda idmançılar idi. Onun kimi adamları idmançıların arasına salmaq düzgün deyil. Hamı öz yerini bilməlidir. Hamısı hörmətli oğlanlardır, onların arasında bunun nə yeri var? Qız paltarında, başında kəlağıyı açılışa gəlib. Mən də əsəbiləşdim, özümü saxlaya bilmədim”.

Samiraldo Teleqraf.com-a açıqlamasında məsələyə aydınlıq gətirib:

“İnsan ağlını itirməsin. Mən Kamildən neçə yaş böyüyəm. Onun səviyyəsində deyiləm. Heç vaxt əlimə mikrofon alıb, heç kimi küçə söyüşləri ilə təhqir etmərəm. O etdi və qanun qarşısında cavab verəcək. Kamili tanımıram. Sadəcə, üç il əvvəl mənimlə şəkil çəkdirdi və dedi ki, mən sənin fanatınam. Bu insanla oturub-durmamışam. O idmançı, mən stilist. Başımı aşağı salıb, tədbirlərə gedirəm. Bu söz-söhbət mənə lazım idi?

Dünənki açılış burnumdan gəldi. Məkanı dağıtdı, sındırdı, söyüş söydü. Oraya mənə hörmət edib, dəvət ediblər. Sən niyə məni təhqir edib, köməkçimə əl-qol atırsan? Kim sənə ixtiyar verib? Dünya dərəbəylikdir? O qudurubsa, dövlətimiz onu cəzalandıracaq. Onun balasına və həyat yoldaşına böyük hörmətim olduğu üçün hüquq mühafizə orqanlarına müraciət etməmişəm. Amma köməkçim hüquq mühafizə orqanlarına müraciət edib”.