“Qərara gəldim, özümü yenidən sıfırlayıb...” - Aygün

qerara-geldim-ozumu-yeniden-sifirlayib
Oxunma sayı: 3903

“Qərara gəldim ki, özümü yenidən sıfırlayıb, başqa bir tərzdə görmək istəyirəm”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Aygün Kazımova sosial şəbəkədə paylaşıb.

Xalq artisti makiyajsız fotosunu paylaşaraq konsertə hazırlaşdığını söyləyib:

“Kristal Hall-dakı konsertimə 6 ay qalıb. Artıq yaradıcı işlər yanvardan başlayıb, proses gedir. Mən isə qərara gəldim ki, özümü yenidən sıfırlayıb, başqa bir tərzdə görmək istəyirəm. Çünki qarşıma elə bir məqsəd qoymuşam ki, özüm-özümü on dəfə üstələməliyəm.

Hər şeyə sağlamlığımdan başlamalıyam. Sağlamlığımın qeydinə qalmalıyam. Bunun üçün müxtəlif ölkələrə səfər etməliydim. Bu da məni yoracaqdı, əziyyəti çox olacaqdı. Amma bir yaxınımın məsləhəti ilə burada qaldım”.