Prodüserin evini soymuş Aysel tutuldu -

produserin-evini-soymus-aysel-tutuldu-
Oxunma sayı: 2599


“Qafqazinfo”nun DİN-in saytına istinadən məlumatına görə, Masazırda yaşayan prodüserin evindən 8500 manat pul və 2000 manat dəyərində qızıl əşyalar oğurlanıb. 

Abşeron RPİ əməkdaşlarının 17 avqustda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Masazır qəsəbə sakini Aysel Abdullayeva artıq tutulub. Roland Bayramovun evini qarət edən xanım onun qonşusudur. 

Roland Bayramov şou-biznesin bir çox tanınmış nümayəndələri ilə işləyib. Onun adı daha çox Rəqsanə İsmayılova və Natavan Həbibinin prodüseri kimi hallanıb. 

“Qafqazinfo”