Polis 50 Centi saxladı - Söyüş söydüyünə görə

polis-50-centi-saxladi
Oxunma sayı: 1275

Məşhur rep ifaçısı 50 Cent polis tərəfindən saxlanılıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi Karayipdəki bir festivalda səhnəyə çıxıb.

Əsl adı Curtis Jackson olan reper 40 min izləyici qarşısında söyüş söyüb.

Sənətçi və onun komandası konsertdən sonra saxlanılıb, polis şöbəsinə aparılıb.

Xatırladaq ki, St. Kitts və Nevis Federasiyasının təşkil etdiyi festivallarda söyüş söymək qadağan olunub.