Parisa Arsalani Bakıya gəlir

parisa-arsalani-bakiya-gelir
Oxunma sayı: 5285

Xaricdə yaşayan Parisa Arsalani Bakıya gələcək.

Qafqazinfo” xəbər verir ki, o, dekabrın 21-də “Azerbaijan Best Awards” mərasimində iştirak edəcək.

Həmçinin, tədbirdə “Fashion one TV”nin direktoru Enis Onat, stilist Ferhat Goktaslar modelyer-dizayner Burcu Aynur da iştirak edəcək.

Bu barədə layihənin rəhbəri Ləman Mirtalıblı məlumat verib.

Xatırladaq ki, mükafatlandırma mərasimi “Zirvə Ziyalılar Təşkilatı”nın yaranmasının 25 illik münasibəti ilə təşkil olunub.

Gecədə millət vəkili Qənirə Paşayeva, xalq artisti Alim Qasımov, Faiq Ağayev, Məleykə Əsədova, müğənnilər Nigar Camal, Günay İbrahimli, Çingiz Mustafayev, Sevil və Sevinc Səfərovalar, Zamiq Hüseynov, Sevda Yahyayeva, Miri Yusif və başqaları iştirak edəcək.

Qeyd edək ki, Parisa Arsalani Cənubi Azərbaycan türklərindəndir. Gənc olmasına baxmayaraq həyat yolu çox burulğanlardan keçib. Öncə Bakıya gəlib. Bakıda musiqi təhsili aldıqdan sonra Türkiyəyə köçüb. Hazırda orada yaşayır. Sənətçiyə 2000-ci ildə İranda mahnı oxumaq qadağan edilib.