Oqtay Kaynarca bu qərarı ilə hər kəsi təəccübləndirdi

oqtay-kaynarca-bu-qerari-ile-her-kesi-teeccublendirdi
Oxunma sayı: 8067

Bu il 43-cü dəfə keçiriləcək “Altın Kelebek Ödülleri”ndə “Ən yaxşı kişi aktyor” kateqoriyası üzrə namizəd göstərilən Oqtay Kaynarca sürpriz bir qərarla namizədlikdən imtina edib.

Qafqazinfo”nun məlumatına görə, ATV kanalında yayımlanan “Eşkiya dünyaya hükümdar olmaz”ın baş qəhrəmanını canlandıran aktyor İnstaqram hesabında serialdakı həmkarları ilə şəklini paylaşaraq bu şərhi yazıb:

““Altın Kelebek Ödül” mərasimində “Ən yaxşı kişi aktyor” kateqoriyası üzrə namizəd göstərilməyimi uyğun görən hər kəsə təşəkkür edirəm. Lakin yarışmada bu kateqoriya üzrə olmaq istəmədiyimin bilinməsini xahiş edirəm. Digər namizəd olan dostlarıma uğurlar arzulayıram. Sevgilərimlə”, - deyə O. Kaynarca söyləyib.

Qeyd edək ki, aktyorun bu qərarı sevənləri tərəfindən birmənalı qarşılanmayıb. Onu buna görə dəstəkləyənlər olsa da, kədərlənənlər də olub.