“Onu son mənzilə yola salmaq bizim borcumuzdur”

onu-son-menzile-yola-salmaq-bizim-borcumuzdur
Oxunma sayı: 6091

Əməkdar artist Aybəniz Haşımova xalq artisti Nuriyyə Əhmədovanın yas mərasimində iştirak edir.

"Qafqazinfo" xəbər verir ki, əməkdar artist aktrisa haqda fikirlərini bölüşüb: "Nuriyyə xanım Azərbaycan incəsənətinin önəmli simalarındandır. O xalqımızın yaddaşından silinməyəcək. Onun kimi insanlar Allahın seçilmiş bəndələridir. O, xalqın sevgisini qazanıb. İnsanlar yer üzünə imtahan üçün gəlir. Bu üzücü hadisədir, xəbəri eşidən kimi gəldim. Onu son mənzilə yola salmaq bizim borcumuzdur. Bilmirəm ki, o biri dünyada onunla görüşə biləcəm, ya yox. Bunun üçün dua edirəm. Əziz bacımıza Allahdan rəhmət diləyirəm, yeri cənnət olsun. O, cənnətə layiqdir".

Könül