Onlar da boşanır - 12 ildən sonra

onlar-da-bosanir
Oxunma sayı: 4352

Məşhur aktrisa Keyt Bekinseyl və rejissor Len Uayzman boşanmaq üçün məhkəməyə müraciət edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cütlük buna səbəb kimi fikir ayrılığını göstərib.

Len və Keytın münasibətlərində problemlər 2015-ci ildən başlayıb. O zaman mətbuatda rejissor Uayzmanın model Si Cey Franko ilə görüşdüyü və barmağında nişan üzüyünün olmadığı yazılıb.

Qeyd edək ki, “Underworld” filminin  çəkilişi zamanı tanış olan cütlük 12 il əvvəl ailə qurub.