“O, çox açıq-saçıq danışır...” - Fərda

o-cox-aciq-saciq-danisir
Oxunma sayı: 2815

“2 il yarımdır ki, konsertə hazırlaşıram. Bu konsertin üzərində böyük bir məsuliyyət var. 5-6 konsert vermişik, hər kəsin güldüyünün şahidi olmuşduk. Amma “stand up”larda Cem Yılmaz axtaranlar var”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında aktyor Fərda Xudaverdiyev söyləyib.

O bildirib ki, insanlar açıq-saçıq danışıqlara öyrəşməyib:

"Özümü Cem Yılmaza oxşatmıram. Hamı o aktyoru tanımamışdan qabaq məni tanıyıb. 2003-cü ildə “Tək səbr” layihəsində monoloq söyləmişəm. Cem Yılmaz çox açıq-saçıq danışır və hər kəsin içində bir tərbiyəsizlik yatır. Hamı bunu qəbul etməlidir və insanlar belə şeyləri eşitmək istəyir. Biz açıq danışıqlara öyrəşməmişik”.

Aktyor sürücülük vəsiqəsiz avtomobil idarə etməsi barədə yayılan məlumatlara aydınlıq gətirib:

“Bu yanlış məlumatdır. Bir müddət əvvəl sürücülük vəsiqəsiz maşın sürürdüm. Sağ olsunlar, indi vəsiqəm var. Mən belə tərbiyəsizlik etmərəm”.