Nurgülə qarşı cinayət işi açıldı - Petekkaya tərəfindən

nurgule-qarsi-cinayet-isi-acildi
Oxunma sayı: 3515

Türkiyəli aktyor Erkan Petekkaya qadın həmkarı Nurgül Yeşilçayı məhkəməyə verib.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Petekkaya Nurgülün birlikdə oynadıqları “Paramparça” serialından ayrıldıqdan sonra qəzetlərdən birinə verdiyi reportajda onu təhqir etdiyi iddiası ilə məhkəməyə şikayət edib.

Vəkili Çağdaş Çelik şikayət ərizəsində Yeşilçayın reportajda müvəkkilinə qarşı ağır ittihamlar irəli sürdüyünü, onun yalan danışdığını bildirib:

“Müvəkkilim bu əxlaqdan kənar açıqlamalara görə həyat yoldaşının və fanatlarının qarşısında təhqir olunub, bir qadının vasitəsilə reklam olunmağa çalışan kişi obrazında göstərilib. Müvəkkilimin həmin şəxslə öpüşmək isəməsi ilə bağlı heç bir açıqlaması yoxdur”, - deyə vəkil söyləyib.

Ç. Çelik Nurgül Yeşilçay haqqında “Həqarət” və “Təhdid” ittihamlarına görə cinayət işi başlanması üçün məhkəməyə müraciət edib və aktrisa haqqında cinayət işi artıq açılıb.

Cinayət işini incələyən hakim Ertuğrul Sarıyarın Yeşilçayı dindirməyə çağırması gözlənilir.