Nurgül Yeşilçayın eks-əri 5-ci dəfə evlənir

nurgul-yesilcayin-eks-eri-5-ci-defe-evlenir
Oxunma sayı: 2380

Türkiyəli aktrisa Nurgül Yeşilçayın keçmiş əri, aktyor Cem Özer beşinci dəfə ailə qurmağa hazırlaşır.

Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, Cem Özer ssenarist Pınar Dura ilə nişanlanıb və yaxın günlərdə toyu olacaq.

Qeyd olunur ki, cütlük uzun zamandır ki, birlikdə eyni evdə yaşayır.

Xatırladaq ki, N. Yeşilçayla C. Özer 2004-cü ildə evlənmişdi. 2011-ci ildə boşanan cütlüyün Osman Nejat adlı bir oğulları var.