Nura sükutu pozdu... - Fotolar + Video

nura-sukutu-pozdu
Oxunma sayı: 4295

Müğənni Nura Suri qısa fasilədən sonra repertuarına yeni mahnı daxil edib.

Qafqazinfo” xəbər verir ki, o, məşhur rusiyalı DJ Matuya ilə birgə “Şans ver” adlı mahnısını duet şəklində səsləndirib.

“Matuya aprel ayında duet haqda söz açdı. Mənimlə birgə çalışmaq istədiyini vurğaladı. Ancaq təklif etdiyi mahnının sözlərini bəyəndim. “Şans ver” bəstəsinə daha öncə 3 nəfər tərəfindən sözlər yazılıb. Sonunda Azər Şirinin ərsəyə gətirdiyi mətni seçdim və layihəyə start verdik.

Hər kəs bilir ki, mən yay aylarında çalışmıram. Vaxtımı uşaqlarıma, ailəmə həsr etdiyim üçün, yaradıcılığımda fasilələr yaranır. Bəllidir ki, mən həm də təşkilatçılıq və reklam işləri ilə də məşğulam. Buna görə hər ilin sentyabr ayında maraqlı layihələrə imza atmağa çalışıram”- deyə N.Suri bildirib.

Qeyd edək ki, sözləri Azər Şirinə, musiqi və aranjemanı isə Matuyanın özünə məxsus olan mahnı, artıq “youtube”də yerləşdirilib.

Xatırladaq ki, bu, Matuyanın azərbaycanlı ifaçı ilə ərsəyə gətirdiyi sayca ikinci işdir. O, daha öncə Miri Yusiflə birgə “Bomba kimi” adlı mahnını duet oxumuşdur.