“Niyə erməniyə yer verildi, Azərbaycana yox?” - Günaydan etiraz

niye-ermeniye-yer-verildi-azerbaycana-yox
Oxunma sayı: 12745

“Son zamanlarda kanallarda yayımlanan bu videoda təəssüf ki, Azərbaycandan yan keçilib. Diqqətimi çəkən “Nə mutlu erməniyəm” yazısı olmasına baxmayaraq, Azərbaycanın yer almamasıdır”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri model Günay Musayeva instaqramda yazıb.

O, TGRT kanalında yayımlanan “Bu millətin çocukları” adlı çarxa münasibətini bildirib.

G. Musayeva çarxda azərbaycanlıların yer almamasına etiraz edib:

“Yaşadığımız üzücü hadisələrdə Azərbaycan ölkə və xalq olaraq hər zaman Türkiyəyə dəstək oldu. Amerikada edilən müsahibənin anonsuna görə ANS kanalını bağladılıb, 550 jurnalist, işçi küçədə qalıb. Qafqaz Universitedi də daxil olmaqla bir çox təhsil mərkəzi bağladıldı.

Bütün bunlar “bir millət, iki dövlət”, qardaşlığın, bərabərliyin göstəricisidir.  Niyə bu videoda Azərbaycana yer verilmədi? Maraqlı gəldi, hər iki ölkənin vətəndaşı və birini digərindən ayırmadan sevən bir vətəndaş olaraq bu yazını paylaşıram”.