Nəsib radio rəhbəri oldu

nesib-radio-rehberi-oldu
Oxunma sayı: 3352

Aparıcı Nəsib Nura vəzifə verilib.

Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni Səidə Sultan sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, N. Nur “Xəzər FM”in direktoru təyin edilib.

Müğənni instaqramda teleaparıcı ilə fotosunu paylaşaraq “Yeznəm radio direktoru oldu. Sən o qədər istedadlısan ki… Sənin uğurun mənim uğurumdur”,- şərhini yazıb.

Qeyd edək ki, Nəsib Nurun həyat yoldaşı Pərvanə müğənni Səidə Sultanın bacısıdır. Cütlüyün 2 övladı var.