Nazir müavinindən Abbas Bağırova cavab - “Onu sıxdıqdan sonra...”

nazir-muavininden-abbas-bagirova-cavab
Oxunma sayı: 12761

Əməkdar artist Abbas Bağırovun Vergilər Nazirliyi ilə bağlı ittihamlarına nazir müavini Sahib Ələkbərov münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, jurnalistlərə açıqlamasında ittihamların əsassız və böhtan olduğunu söyləyib:

“Bu gün müğənnilərdən biri bizim haqqımızda böhtan yayıb. Amma bizim əlimizdə faktlar var və həmin fatklara əsasən qeyd edirəm ki, müğənni 2004-2006-cı illərdə o manat, 2007-ci ildə 1829 AZN, 2008-ci ildə 2 979,5 manat , 2009-cu ildə 351,4 manat 2010-2014-cü illərdə 0 manat və 2015-ci ildə isə 700 manat ödəyib. Bu il isə həmin şəxs bir qədər sıxdıqdan sonra 2 098 manat vergi verib”.

Xatırladaq ki, əməkdar artist Abbas Bağırov vergi işçisinin toyuna getmədiyi üçün ona 30 min manat dəyərində vergi borcu yazıldığını iddia etmişdi.