Nadir Qafarzadə boşanır?

nadir-qafarzade-bosanir
Oxunma sayı: 7433

Müğənni Nadir Qafarzadə boşanmağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, sənətçi sosial şəbəkədə Sevinc xanımdan boşanmadığını qeyd edib:

“Bu həyatda çox axmaq adamlar var. Bir dəqiqədə adamı evləndirib, boşandırırlar. Bu gün mənim boşanma xəbərimi yazıblar. İndi evlənmək və boşanmaq o qədər adiləşib ki, xala-xala oyununa döndəriblər. Bəzilərinə demək istəyirəm ki, fikriniz özünüzə getməsin. Bizi yalnız ölüm ayırar.

Təki elə bir çox ailələr Nadir Qafarzadəninki kimi olsun. Demirəm ki, biz idealıq, amma bizdən yoxdur. Qoy Azərbaycan fəxr etsin ki, Nadir kimi vətəndaşı var. Bir mənim ailəm qalmışdı boşatmayasınız. Bizi də bir bəhanə ilə boşatdırın. Bizimkilərin əlindən ev yıxmaqdan başqa heç nə gəlmir. Allah qovuşduranı, şeytan ayıra bilməz. İndi kimin ailəsi uzunömürlüdürsə, ona birtəhər baxırlar”.