Nadir geyimlərini satışa çıxardı - “Mənə 1 qəpik də lazım deyil”

nadir-geyimlerini-satisa-cixardi
Oxunma sayı: 5986

Müğənni Nadir Qafarzadə geyimlərini satışa çıxarıb. 

Bu barədə “Qafqazinfo”ya ifaçının özü məlumat verib.

“Açığı xeyli vaxt idi ki, geyinmədiyim geyimləri satmaq istəyirdim. Amma nədənsə bunu etmirdim. Amma düşündüm ki, geyimlərim evdə qalıb yararsız olunca, onu satışa çıxarım və əldə olunan gəliri ehtiyacı olanlara verim. Bilirəm bu addımım da birmənalı qarşılanmayacaq. Deyəcəklər ki, pulsuzluqdan satıram. Artıq tənqidlərə əhəmiyyət verməməyə çalışıram.

Sosial şəbəkədəki səhifəmdə satılacaq olan geyimlərimin şəkilini paylaşmışam, müştərilər var. Onu da deyim ki, geyimlərimdən qazandığım gəlirin 1 qəpiyi də mənə lazım deyil”.