Müğənnilərin yeni toy qiymətləri- - 1 milyon...+Sorğu

mugennilerin-yeni-toy-qiymetleri-
Oxunma sayı: 6270


“Qafqazinfo” lent.az-a istinadən həmin sorğunu təqdim edir:

Xal artisti Aygün Kazımova: 

“Bütöv toy idarə etmirəm. Yalnız yarım saatlıq oxuyuram. Yarım saat 6 min manatdır. Amma bu qiymət bölgələr üçün deyil. Toy paytaxtımızdan kənardadırsa, qiymət təbii ki, artacaq”. 

 

Xalq artisti Nazpəri Dostəliyeva: 

“Bütöv toyu 10 minə, yarım saatı isə 3 min manata gedirəm”.

 

Xalq artisti Səməd Səmədov: 

“Bütöv toy 5 min, yarım saatı 1500 manata”.

 Müğənni Röya Ayxan: 

“Yarım saat 8 min manat. Bütöv toya getmirəm”.

Xalq artisti Gülyanaq Məmmədova: 

“Yarım saatı  2500, bütöv toyu bacımla birgə 8 min manata idarə edirəm”.

 

Əməkdar artist Mətanət İsgəndərli: 

“Yarım saat 3000-3500 arası, bütöv toy isə 7 min manat”.

 

Əməkdar artist Abbas Bağırov: 

“ Bütöv toyu 20 min, yarım saatı 6 min manata gedirəm. Onu da deyim ki, iyirmi min manatın hamısı mənə çatmır. On səkkiz nəfərdən ibarət musiqiçim var. Onlarla bölüşürəm”.

 

Əməkdar artist Lalə Məmmədova: 

“Bütöv toy 8 min, yarım saat 3 min manata”.

 

Müğənni Günay İbrahimli: 

“Yarım saat 3 min, bütöv 8 min”.

 

Müğənni Ayan Babakişiyeva: 

“Bütöv toya getmirəm, yarım saat 2500 manat”.

 

 Sevinc-Sevil bacıları: 

“Allah hər kəsə xeyir iş qismət eləsin. Yarım saatı 3 minə, bütöv toyu 8 minə  oxuyuruq”.

 

Müğənni Manaf Ağayev: 

“Toya yarım saatlıq getmirəm. Bütöv toyu 5 minə oxuyuram”.

 

Xalq artisti Bilal Əliyev: 

“ 1 milyon manata. Mənim toy qiymətim budur”.


“Qafqazinfo”