Müğənni vəkilini məhkəməyə verdi

mugenni-vekilini-mehkemeye-verdi
Oxunma sayı: 1933

Türkiyəli müğənni və aktyor Özcan Deniz keçmiş vəkilini məhkəməyə verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, sənətçi böyük qardaşı Ercan Denizlə birgə Bakırköy Ağır Cəza Məhkəməsinə müraciət edib.

İddianamədə şübhəli vəkil Güven.T-nin 36 min 530 türk lirəsi Özcandan götürdüyü və geri qaytarmadığı əks olunub.

44 yaşlı müğənni “Etibardan sui-istifadə “ ittihamıyla vəkilin 14 il müddətində azadlıqdan məhrum olunmağını istəyir.