Müğənni prokurorluğa müraciət etdi

mugenni-prokurorluga-muraciet-etdi
Oxunma sayı: 2937

Türkiyəli müğənni Tuğba Özerk prokurorluğa müraciət edib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, sənətçi Seyhan Soylu adlı menecerin onu təhqir etdiyini iddia edib.

Soylu sosial şəbəkədə Özerkin fotosuna “Diskləri satılmır, pulsuz qalıb. Onunla heç kəs əməkdaşlıq etmir. Xəstə atasına da baxa bilmir” tipli rəy yazıb.

Müğənni bu şərhlərdən narahat olub, prokurorluğa müraciət edib.

Lakin İstanbul Prokurorluğu Soylunun rəylərinin təhqiredici olmadığını bildirib, sənətçinin şikayəti təmin olunmayıb.